İynə vurulan 24 yaşlı qız öldü
Bizi izləyin

Qırmızı.az

İynə vurulan 24 yaşlı qız öldü

Bu gün Xaçmazın Xudat şəhərində gənc qadın xəstəxanada vurulan iynədən sonra ölüb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Xaçmaz Mərkəzi rayon Xəstəxanasının Xudat şəhər xəstəxanasına gətirilən Yeni Həyat kənd sakini, 24 yaşlı Sevinc Seyfulla qızı Mövludovaya iynə vurulub. İynədən sonra qızın halı daha da pisləşib və dünyasını dəyişib.


Xəstəxananın baş həkiminin müavini Lətif Abbasovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, qız xəstəxanaya anafilaksik şok diaqnozu ilə daxil olub.


“Qız allergiya xəstəsi olub. Ona iynə vurulandan sonra vəziyyəti daha da kəskinləşib. Onun həyatını xilas etmək mümkün olmayıb”.


Həkim xəstənin ölüm səbəbinin araşdırıldığını əlavə edib.


Hazırda Sevinc Mövludovanın meyidi tibbi ekspertizaya göndərilib.


Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətov ANS PRESS-in bölgə müxbirnə verdiyi məlumata görə, ekspertizanın nəticələrindən sonra qadının ölüm səbəbləri məlum olacaq.


Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm