Təhsil Nazirliyi müsabiqə keçirir
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi müsabiqə keçirir

Təhsil Nazirliyi “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə start verib. Publika.az-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, iyulun 3-dən başlayaraq 2 ay müddətində bu istiqamətdə hazırlanmış layihələr qəbul ediləcək.

Müsabiqədə iştirak etmək istəyən təşkilatlar və şəxslər bu elana əlavə olunan “Göstərişlər”ə uyğun formada layihə təklifləri hazırlamalıdırlar. İştirakçılar hazırladıqları layihə təkliflərini adi poçt və ya elektron poçt ([email protected]) vasitəsilə təqdim edə bilərlər.

Təhsil Nazirliyindən bildirilib ki, vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulmasını əsas prioritet istiqamətlərindən biri hesab etdiyindən müvafiq layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verirlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm