Peykin istehsalı ilə bağlı tenderin müddəti uzadıldı
Bizi izləyin

Qırmızı.az

Peykin istehsalı ilə bağlı tenderin müddəti uzadıldı

"Azərkosmos" yer səthinin müşahidə peykinin istehsalı ilə bağlı tenderin müddətini bir neçə ay uzadıb. Bu barədə Publika.az-a Rabitə və Yüksək Texnologiyalar Mərkəzindən məlumat verilib.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, "Spot 7" peykinin orbitə buraxılması "Airbus Defence və Space" və "Azərkosmos" ASC arasında strateji əməkdaşlıq və peyklərdən birgə istifadəyə dair bu ilin may ayında imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində atılmış mühüm addımdır.

O, qeyd edib: "Bununla yanaşı, qeyd etmək istərdim ki, "Azərkosmos" yer səthinin müşahidə peykinin istehsalı ilə bağlı tenderin müddətini bir neçə ay uzadıb. Tenderin vaxtının uzadılması, bu layihə çərçivəsində olduqca yüksək keyfiyyətli peykin istehsalına hesablanıb. Bu ilin sentyabr ayında tenderin başa çatması gözlənilir".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm