Qırmızı.az
Avropa Şurası Azərbaycanın nailiyyətlərini təqdir edir
Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa
Komissiyasının (CEPEJ) Bakıda keçirilən plenar iclası çərçivəsində
ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov
CEPEJ-in rəhbərliyi ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən ANS
PRESS-ə verilən məlumata görə, görüşdə Ali Məhkəmənin sədri Ramiz
Rzayev və Avropa Şurası İnsan hüquqları və qanunun aliliyi üzrə Baş
Direktorluğunun rəhbəri Filip Buaya da iştirak
ediblər.
Ölkəmizin Avropa Şurası, o cümlədən CEPEJ ilə
səmərəli əməkdaşlıq etdiyini vurğulayan nazir Azərbaycanın sürətli
iqtisadi inkişafı, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, o
cümlədən infrastrukturun müasirləşdirilməsi, hakimlərin seçimi,
habelə korrupsiya ilə mübarizə sahəsində qazanılan nailiyyətlər
barədə məlumat verib, Avropa Şurası Nazirlər Komitəsinə sədrliyimiz
çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb,
qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün böyük
imkanların olduğunu söyləyib.
CEPEJ-in prezidenti Con Steysi ölkəmizin 23 il
ərzində əsrə bərabər inkişaf yolunu keçdiyini vurğulayıb,
islahatların mütərəqqi xarakterini, o cümlədən məhkəmə binalarının
inzibati və ictimai zonalara bölünməsinin vətəndaşların məhkəmələrə
inamının artmasına təsirindən danışaraq, Azərbaycanın bu sahədə
həyata keçirdiyi tədbirləri təqdir edib, üzv dövlətlərdə
məhkəmələrdə iş yükünün azaldılması üzrə alternativ yolların
axtarılmasının zəruriliyini, əhalinin hüquqi maarifləndirilməsinin
əhəmiyyətini qeyd edib.
Qurumun vitse-prezidenti Georq Stava isə məhkəmə
islahatlarının davamlı bir proses olduğunu qeyd edərək Azərbaycanın
bu sahədə konkret işlər gördüyünü və ölkəmizin artıq hakimlərin ən
şəffaf seçimi, müasir infrastrukturun yaradılması və elektron
məhkəmə sisteminin tətbiqi üzrə qazandığı nailiyyətlərinə görə
istinad nöqtəsinə çevrildiyini vurğulayıb və bunu səmərəli
əməkdaşlığın nəticəsi kimi dəyərləndirərək bildirib ki, Azərbaycan
bu sahədəki müsbət təcrübəsini digər dövlətlərlə bölüşə
bilər.
Dövlətimizin korrupsiyanın qarşısının alınması və
məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması sahəsində
güclü siyasi iradəsini qeyd edən F.Buaya səfər zamanı müasir
məhkəmə binalarında qabaqcıl İKT-lərin və konseptual baxımdan yeni
innovativ xidmətlərin tətbiqindən, habelə "ASAN xidmət"
mərkəzlərinin vətəndaş məmnunluğuna yönələn fəaliyyətindən heyran
qaldığını söyləyib.
Qonaq ölkəmizin Avropa Şurası Nazirlər Komitəsində
sədrliyi çərçivəsində korrupsiya ilə mübarizə və məhkəmə sisteminin
müasirləşdirilməsi kimi aktual mövzulara dair bu günlərdə keçirilən
və özünün iştirak etdiyi iki mötəbər tədbirin yüksək səviyyədə
təşkilini xüsusi qeyd edib. F.Buaya Ədliyyə Nazirliyi ilə səmərəli
qarşılıqlı fəaliyyəti vurğulayaraq bu əlaqələrə bundan sonra da
dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüşdə maraq kəsb edən məsələlər ətrafında
faydalı fikir mübadiləsi aparılıb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!