Qudyalçaydan meyit tapıldı
Bizi izləyin

Qırmızı.az

Qudyalçaydan meyit tapıldı

Xaçmazda Qudyalçayda 49 yaşlı yerli sakin Məzahir Naseh oğlu Mirzəyevin qıc olmuş meyiti tapılıb.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bu haqda Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətov xəbər verib.

Xaçmaz sakini Məzahir Naseh oğlu Mirzəyev tufeyli həyat surub və içki düşkünü olub.

Onun, həmçinin epilepsiya və qaraciyər xəstəliyindən əziyət çəkdiyi barədə məlumatlar var.

Hadisə yerindən bir şüşə araq və sabun tapılıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm