Füzulidə yanğın: tələfat var
Bizi izləyin

Qırmızı.az

Füzulidə yanğın: tələfat var

Fizulidə iribuynuzlu mal-qaranın tələf olması ilə nəticələnən yanğın baş verib.

Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, rayonun 8 saylı Qayıdış qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan tövlənin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı tövlənin içərisində olan 2 iribuynuzlu heyvan tələf olub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm