Ermənistan Azərbaycan əsgərinin yaralanmasında günahkar deyil.
Bizi izləyin

Qırmızı.az

Ermənistan Azərbaycan əsgərinin yaralanmasında günahkar deyil.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arçrun Ovanisyan çıxış edib. O, Ermənistanın Azərbaycanla təmas xəttində atəşkəsi pozmadığını iddia edib:

“Hər kəs bilir ki, cəbhədə atəşkəsi Azərbaycan pozur, biz yalnız qarşılıq veririk”.

Qeyd edək ki, iyulun 3-ü axşam saatlarında erməni hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində 1995-ci il təvəllüdlü, Bərdə rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Həsənov Nurlan Azər oğlu yaralanmışdı. Onun vəziyyətinin kafi olduğu bildirilir.

İyulun 4-ü gecə saatlarında isə 1989-cu il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Nağıyev Anar Talıb oğlu yaralanıb, vəziyyəti stabil ağırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm