Ötən ay 70-dən çox partlamamış hərbi sursat və 3 mina zərərsizləşdirilib
Bizi izləyin

Qırmızı.az

Ötən ay 70-dən çox partlamamış hərbi sursat və 3 mina zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən (ANAMA) iyun ayı ərazində 73 partlamamış hərbi sursat (PHS), 2 ədəd tank və 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, 2014-cü ilin iyun ayı ərzində 2,886,465 kvadratmetr ərazi yoxlanılıb, mina və PHS-dən təmizlənib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 261,724,097 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689,085-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Beyləqan, Gədəbəy, Goranboy, Qazax, Füzuli, Qəbələ, Xocavənd, Lənkaran, Şəmkir və Tərtər, eyni zamanda, Bakı şəhəri Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

2014-cü ilin iyun ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm