Qırmızı.az
Tələbələrin təqaüdü artırıldı
Nazirlər Kabineti “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən
Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində
təhsil haqlarının ödənilməsi Qaydaları”nda dəyişikliklər
edib.
Publika.az Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, dəyişiklik Dövlət Proqramı çərçivəsində xarici ölkələrin universitetlərində təhsil alan tələbələrin təqaüdlərinin artırılması ilə əlaqədardır.
Dövlət Proqramı çərçivəsində ABŞ-ın Nyu-York, Boston, Çikaqo, Mayami, Vaşinqtonda yerləşən universitetlərində təhsil alan tələbələrə ay ərzində artıq 1800 dollar deyil, bundan sonra 1900 dollar (1100 dollar yataqxana, 100 dollar digər, 100 dollar tədris materialları, 600 dollar yemək xərcləri) xərc ayrılacaq. Bu siyahıya San-Fransisko, Los-Ancelesdə yerləşən universitetlər də əlavə edilib. ABŞ-ın digər şəhərlərindəki universitetlərdə isə tələbələr üçün 1 aylıq xərclər əvvəlki kimi 1400 dollar olacaq.
İsveçrə universitetlərində də təhsil alan tələbələrə 1 ay üçün ayrılan xərclər 1300 avrodan 1400 avroya (650 avro yataqxana, 100 avro digər, 50 avro tədris materialları, 600 avro yemək xərcləri) qaldırılıb. Dövlət Proqramı çərçivəsində Çin universitetlərində təhsil alan tələbələrə 1 ay üçün 950 dollar (400 dollar yataqxana, 100 dollar digər, 50 dollar tədris materialları, 400 dollar yemək xərcləri) ayrılmağa davam edəcək. Ancaq Çinin Honkonq və Şanxay şəhərlərində yerləşən universitetlərdə təhsil alan tələbələrə münasibətdə fərqli xərclər müəyyənləşdirilib. Honkonq və Şanxay şəhərlərində yerləşən universitetlərdə Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrə 1 ay üçün 1050 dollar (500 dollar yataqxana, 100 dollar digər, 50 dollar tədris materialları, 400 dollar yemək xərcləri) ayrılacaq.
Qərar bu gündən qüvvəyə minir.
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər