Qonşu qonşunu bıçaqladı
Bizi izləyin

Qırmızı.az

Qonşu qonşunu bıçaqladı

Tərtərdə bıçaqlanma hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, rayonun Sarov kənd sakini 51 yaşlı Mail Hüseynov həmkəndlisi 21 yaşlı Yelmar Abbasovu bıçaqlayıb.

Qeyd edək ki, hadisəni törədən Mail Hüseynov I qrup gözdən əlildir. Hadisəni də öz həyatyanı sahəsində törədib.

Tərtər rayon polis şöbəsindən əldə etdiyimiz məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Bıçaq zərərçəkənin qarın nahiyəsinə dəyib.

Təqsirləndirilən çəxs Tərtər polisi tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı CM-nin 126.1 maddəsiylə cinayət işi açılıb, istintaq gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm