Turizm sahəsinə marağı olan gənclər üçün yeni layihəyə start verilir
Bizi izləyin

Qırmızı.az

Turizm sahəsinə marağı olan gənclər üçün yeni layihəyə start verilir

Turizm sahəsinə marağı olan gənclər üçün yeni layihəyə start verilir

“İrəli” İctimai Birliyinin Turizm klubu və “Gənclər Turizmi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Azərbaycanda Gənclər Turizminin formalaşması və dünyaya inteqrasiyası” layihəsinə start verir.

Publika.Az-ın verdiyi xəbərə görə, layihə fevralın 12-dən 17-dək davam edəcək.

Layihə çərçivəsində gənclər üçün turizmin müxtəlif xidmət sahələri üzrə təlimlər təşkil olunacaq. Təlimlər Azərbaycanın turizm sahəsində fəaliyyət göstərən qabaqcıl təlimçiləri tərəfindən baş tutacaq.

Eyni zamanda turizm sektorunda fəaliyyət göstərən özəl şirkətlərlə turizm sahəsində təhsil alan gənclər arasında əməkdaşlıq əlaqələrinin qurulması, gənclərin turizm sahəsində biznes biliklərinin artırılması və sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi təmin olunacaq.

Layihənin əsas məqsədi turizm sənayesi üçün gənclər arasında rəqabətə davamlı peşəkar kadrlar hazırlamaq və peşəkarlıqlarını artırmaqla onların məşğulluğunu təmin etmək, eləcə də bu sahədə gənclər arasında sahibkarlığın inkişafına dəstək olmaqdır.

Layihədə iştirak etmək istəyən şəxslər 06 Fevral 2014-cü il tarixinədək «İrəli» İctimai Birliyinin rəsmi saytında yerləşdirilən elektron ərizə formasını dolduraraq müraciət edə bilərlər.

Publik.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm