Beynəlxalq Bankdan pul oğurlayanlar tutuldu
Bizi izləyin

Qırmızı.az

Beynəlxalq Bankdan pul oğurlayanlar tutuldu

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev milli təhlükəsizlik naziri Eldar Mahmudova məktub yazıb.


“Qafqazinfo” xəbər verir ki, C.Hacıyev məktubda MTN əməkdaşlarının keçirdiyi əməliyyata görə E.Mahmudova təşəkkür edib. “Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bu ilin iyun ayında keçirilmiş əməliyyat tədbirləri nəticəsində kompüter sistemlərinə qanunsuz daxil olmaq yolu ilə Azərbaycan Beynəlxalq Bankının müştərilərinin hesablarından pul vəsaitlərini ələ keçmiş şəxslər müəyyən edilərək zərərsizləşdiriblər.

Əməliyyatın qısa müddətdə hazırlanıb keçirilməsi, cinayətkar qrupun bütün üzvlərinin ifşa olunub tutulması və onların hər birinin cinayətdə rolunun, iştirakçılıq dərəcəsinin təfsilatı ilə müəyyən olunması Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının yüksək peşəkarlığını, böyük təcrübə və bacarığa malik olduqlarını bir daha nümayış etdirib.

Gələcəkdə də hər hansı bir qanunsuzluğun qarşısının qətiyyətlə alınacağına əminlik yaradan belə şərəfli və səmərəli fəaliyyətinizə görə Sizə və rəhbərlik etdiyiniz Nazirliyin əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk” – deyə, C.Hacıyevin məktubunda bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm