Qırmızı.az
Bakıda hamilə qadını vurub qaçan sürücü tutuldu
Ötən gün Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində iki piyadanı vurub qaçan şəxs polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Abşeron Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi Bilal Nədiyevin Publika.az-a verdiyi məlumata görə, hadisəni törədən sürücü Ehtiram Müzəffərli idarə etdiyi “Zil” markalı maşınla yolu keçən piyadaları – Fərhad Nuriyev və onun həyat yoldaşı Səbinə Əməşovanı vurduğunu etiraf edib.
Qəza zamanı hamilə qadın dünyasını dəyişib. Onun həyat yoldaşı ağır bədən xəsarətləri ilə 1saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ehtiram Müzəffərlinin istintaqa verdiyi ifadəsinə görə, onlar anidən maşının qarşısına keciblər.
“Bu zaman əyləci saxlaya bilmədim, onda gördüm ki, hərəsi yolun bir kənarına düşdü. Özümü itirdim, bilmədim nə edim, qorxduğum üçün qaçdım”.
Ehtiram Müzəffərli barəsində Abşeron Rayon Məhkəməsində artıq həbs qətimkan tədbiri seçilib.
1 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, hadisədə xəsarət alan Fərhad Nuriyev kəlllə- beyinin əzilməsi diaqnozu ilə xəstəxanaya daxil olub, onun vəziyyəti otra ağırdır.
Simnarə
-
Hadisə19:50
Bakıda bazardakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Magazin119:48
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü