Mebel fabrikində 20 min manatlıq oğurluq
Bizi izləyin

Qırmızı.az

Mebel fabrikində 20 min manatlıq oğurluq

Bakıda mebel fabrikindən içərisində külli miqdarda pul olan seyf oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin rəisi Heydər Heydərlinin Publika.az-a verdiyi məlumata görə, hadisə 3 ay əvvəl baş versə də, indiyə qədər axtarışlar aparılırdı.

Nəticədə məlum olub ki, 34 yaşlı Ramil Aslanova məxsus mebel fabrikindən 19.600 manatlıq dəmir seyf oğurlayan Bakı şəhər sakini 25 yaşlı Nicat Zülfüyevdir. Polisin keçiridiyi əməliyyat tədbirləri nəticəsində o tutulub. Məlum olub ki, saxlanılan Nicat Zülfüyev əvvəllər həmin fabrikin işçisi olub.

Faktla bağlı onun barəsində Bİnəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm