Tələbələr imtahan verdi
Bizi izləyin

Qırmızı.az

Tələbələr imtahan verdi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarına qəbul imtahanı keçirilib. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, 100-ə yaxın tələbənin iştirak etdiyi imtahan Azərbaycan Dövlət İqtisad Universiteti və Naxçıvan Dövlət Universitetində təşkil olunub.

İmtahan saat 10:00-da başlayıb və 11:30-da başa çatıb. Tələbələr imtahanda ingilis dili və məntiqdən hər biri 25 sual olmaqla, ümumilikdə 50 sualı cavablandırıblar. Hər bir sual 1 balla qiymətləndirilir və səhv cavablar düz cavabları ixtisar etmir.

İmtahanın nəticələri emal olunduqdan sonra 1 həftə ərzində elan olunacaqdır. Nəticələr Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və www.sabah.edu.az saytında yerləşdiriləcəkdir.

İmtahanın nəticələrinə əsasən, hər bir ixtisas üzrə yüksək bal toplayan 25 nəfər müsahibəyə buraxılacaq. Hər iki mərhələdən-test imtahanı və müsahibədən keçən tələbələr təhsillərini II kursdan ixtisaslarına uyğun olaraq, SABAH qruplarının yaradıldığı baza ali təhsil müəssisələrində davam etdirəcəklər.

Qeyd edək ki, ali təhsil sistemində yeni yaradılan SABAH qruplarına daxil olmaq üçün ərizə qəbulu mayın 12-dən iyunun 15-dək aparılıb. Bu müddət ərzində imtahanda iştirak etmək üçün 53 ixtisas üzrə 2500-dən çox tələbə qeydiyyatdan keçib.

Savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil edilən SABAH qrupları müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması işinə böyük təkan verəcəkdir. Növbəti tədris ilindən 1300 tələbə II kursdan SABAH qruplarında təhsil alacaqdır. Aztəminatlı ailələrdən olan tələbələr yataqxana və yeməklə təmin olunacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm