Qırmızı.az
Şok: ata gənc qızını zorladı - 18+
Bu günlərdə Bərdə rayon Polis Şöbəsinə 21 yaşlı qızın
atası tərəfindən zorlanması barədə məlumat daxil
olub.
“Qafqazinfo” xəbər verir ki, şöbəyə şikayət ərizəsi ilə müraciət edən 21 yaşlı Günel Ağayeva (ad və soyad şərtidir) atası tərəfindən zorlandığını iddia edib. Gənc qadın bildirib ki, xeyli müddətdir ki, atasının təhdidləri ilə üz-üzədir və iyun ayında evdə kimsənin olmadığı vaxt atası onunla zorla cinsi əlaqədə olub.
Dərhal müraciətlə bağlı araşdırmalar başlanılıb. G.Ağayevanın atası olan 45 yaşlı M.Ağayev polis şöbəsinə dəvət edilib. O, ifadəsində bildirib ki, qızı ilə könüllü cinsi əlaqədə olub və ona qarşı zor tətbiq etməyib. M.Ağayev etiraf edib ki, 21 yaşlı qızı ilə uzun müddət imiş ki, cinsi əlaqədə olmaq istəyirmiş və bu barədə ona dəfələrlə bildirib. Nəhayət iyun ayında qızı atası ilə cinsi əlaqədə olmağa razılıq verib. Bundan bir neçə gün sonra isə G.Ağayeva polis şöbəsinə müraciət edərək atasından şikayət edib.
M.Ağayev iddia edib ki, qızı xeyli müddətdir ki, əxlaqsızlıq edir və onu yığışdırmağa çalışıb. G.Ağayevanın atasından polisə şikayət edərək onu həbs etdirməyə çalışması da öz hərəkətlərini daha rahat formada davam etdirmək istəməsi ilə bağlıdır.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik