Partiya sədrinin əri qan içində ...
Bizi izləyin

Qırmızı.az

Partiya sədrinin əri qan içində ...

Türkiyənin məşhur siyasi partiyalarından olan Milliyyətçi Xalq Partiyasının (MHP) Kocaeli vilayəti üzrə bölməsinin xanım sədri Behicə Günərin həyat yoldaşı döyülüb.

Publika.az-ın məlumatına görə, Metin Günər adlı şəxs 5 nəfər tərəfindən döyülüb. Günərə hücum edənlərdən biri dəmir dəyənəklə onun başına vurub.

Nəticədə başından ağır xəsarət alan Günər qanlar içində yerə yıxılıb.

Hadisədən dərhal sonra partiya sədrinin həyat yoldaşı xəstəxanaya aparılıb.

Hazırda o, beynindən əməliyyat olunur.

Günəri döyən naməlum şəxslər tez bir zamanda hadisə yerindən qaçıblar.

Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm