Bakıda yol ötürücüsü bağlandı
Bizi izləyin

Qırmızı.az

Bakıda yol ötürücüsü bağlandı

Bakıda tunel tipli yol ötürücüsü nəqliyyatın hərəkəti üçün bağlanıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, paytaxtın Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində yerləşən müxtəlif səviyyəli yol qovşağı kompleksinə daxil olan Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə nəqliyyatın hərəkətini təmin edən tunel tipli yol ötürücüsü bağlanıb.

Müvəqqəti açılan tunelin bağlanması köməkçi yolda asfalt-beton işlərinin başa çatması ilə əlaqədardır. Belə ki, Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə hərəkət edən nəqliyyat vasitələri artıq köməkçi yoldan istifadə edə bilərlər.

Hazırda sözügedən tunel tipli yol ötürücüsündə son tamamlama işləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm