Şad xəbər: Aqşin Yenisey evə buraxılır
Bizi izləyin

Qırmızı.az

Şad xəbər: Aqşin Yenisey evə buraxılır

Gənc şair Aqşin Yeniseyin vəziyyəti xeyli yaxşılaşıb.

Bu haqda Axar.az-a hazırda Gömrük hospitalında müalicə olunan şairin özü deyib:

“Gördüyünüz kimi, səhhətimdə xeyli irəliləyiş var. Analizlərin cavabı sevindiricidir. Həkimim dedi ki, qaraciyərim xəstəliyimlə əlaqədar olaraq 8 sm sallanıb. Hazırda norma bərpa olunur. Ciyərim öz yerinə qayıdır, funksiyalarını yerinə yetirməyə başlayır. Həkimlərin dediyinə görə, 3-4 günə tam sağlam vəziyyətdə evə buraxılacam”.

Qeyd edək ki, may ayının 23-də şair A.Yeniseyin səhhəti qəflətən pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Gənc şair qaraciyər serrozu və sarılıq xəstəliyindən əziyyət çəkir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm