Qırmızı.az
15 nəfəri gün vurub
Həftəsonu paytaxt çimərliklərində 3 nəfərin boğulması ilə bağlı təcili yardıma müraciət edilib. Onlardan ikisi kişi, biri qadındır. Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Operativ işlər üzrə şöbənin böyük həkimi Zemfira Vahidova məlumat verib.
“28 və 64 yaşlı kişi iyulun 5-də Hövsan çimərliyində boğulub. Onlar 3 saylı və Mərdəkan rayon 26 saylı Birləşmiş xəstəxansına çatdırılıb. Bir nəfər 30 yaşlı qadın iyulun 6-da Şıxov çimərliyində boğulub. O, Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hər üç nəfərin həyatı xilas edilib.
Ümumilikdə, mövsüm başlayandan 18 nəfər suda boğulub, onlardan 17-si kişi, 1-i qadındır. 6 nəfər xəstəxanaya aparılıb, 1 nəfərə yerindəcə yardım göstərilib, 11 nəfər isə ölüb. Ölənlərin 3-ü uşaqdır, onlardan biri 12, digəri 16 yaşında olub. Mövsüm başlayandan 5 nəfər uşaq suda boğulub, onlardan 2-nin həyatını xilas etmək mümkün olub”.
Z.Vahidovanın məlumatına görə, həftəsonu 3 nəfər günvurma ilə müraciət edib. Onlardan biri 13 yaşlı oğlan, digərləri 20-30 yaşlı kişi olub.
Ümumilikdə mövsüm başlayandan 15 nəfər günvurma ilə müraciət edib. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Yardım göstərilənlər arasında 16-17 yaşlı uşaqlar da var. Z.Vahidovanın sözlərinə görə, müraciətlər həm küçədən, həm çimərliklərdən, həm də axşam saatlarında evdən olur. Müraciət edənlər, əsasən, günün isti saatlarında baş örtüyü olmadan açıq havada qalanlardır.
Gülxar
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL