Gənc qız qarpızdan öldü
Bizi izləyin

Qırmızı.az

Gənc qız qarpızdan öldü

Qarpız zəhərlənməsi Bakıda gənc qızın ölümünə səbəb olub.


ANS PRESS-in məlumatına görə, bu, 17 yaşlı Həsənli Gülarə Sərvan qızıdır. Bakının Suraxanı rayonu, yeni Günəşli massivi 66-cı binada yaşayan xanım ötən gecə özünü pis hiss etdiyindən təcili yardım çağırılıb.


Ailə üzvlərinin sözlərinə görə, ilk olaraq gələn təcili tibbi yardım həkimi onun qarpızdan zəhərləndiyini müəyyən edib.


Vəziyyəti ağır olduğundan təcili tibbi yardımla aparıldığı ilk xəstəxanada yaşının az olduğu əsas gətirilərək qəbul edilməyib. Sonra yeniyetmə qanköçürmə xəstəxanasına aparılıb. Burada isə həkimlərin cəhdinə baxmayaraq, 17 yaşlı Gülarənin həyatını xilas etmək mümkün olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm