Rusiyaya qaçaq yolla 56400 ABŞ dollarının keçirilməsinin qarşısı alınıb
Bizi izləyin

Qırmızı.az

Rusiyaya qaçaq yolla 56400 ABŞ dollarının keçirilməsinin qarşısı alınıb

Azərbaycanda Rusiyaya qaçaq yolla 56400 ABŞ dollarının keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat xidmətinin Publika.az-a verilən məlumata görə, bu günlərdə Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycan Respublikası istiqamətindən "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, Azərbaycan Respublikası vətəndaşı Həsənov Salman Filman oğlunun idarə etdiyi "Mersedes Benz Vito" markalı, 90 NH 951 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə Rusiyaya gedən, Rusiya Federasiyası vətəndaşları Aslanov Elizbar Maxiyatdinoviçin, Seidov Mirbaba Miralamoviçin, Qadjibalaev Eldar Alibalaeviçin və Azərbaycan Respublikası vətəndaşı Həsənov Salman Filman oğlunun üzərinə gömrük əməkdaşları tərəfindən şəxsi yoxlama həyata keçirilib.

Yoxlama zamanı Seidov Mirbaba Miralamoviçin üzərindən 20000 ABŞ dolları, Qadjibalaev Eldar Alibalaeviçin üzərindən 20000 ABŞ dolları, Aslanov Elizbar Maxiyatdinoviçin üzərindən isə 16400 ABŞ dolları aşkar olunaraq gömrük nəzarətindən gizlədərək aparmaq istədikləri üçün protokol tərtib edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm