20 yaşlı qızın intiharının səbəbi...
Bizi izləyin

Qırmızı.az

20 yaşlı qızın intiharının səbəbi...

20 yaşlı nışanlı qız intihar edib. Səbail Rayon Prokurorluğundan Publıka.az-a verilən məlumata görə, hadisə gecə saatlarında Səbail rayonu, Badamdar qəsəbəsində 3-cü massivdə qeydə alınıb. Həmin ünvanda yaşayan Sabirabad rayon sakini 20 yaşlı Gültəkin Orucova özünü kəndirlə asaraq intihar edib.

İstintaqdan məlum olub ki, 1 ilə yaxındır ki, nişanlı olan gənc qız hadısəni xəyanət üstündə törədib.

Prokurorluqdan verilən məlumata görə, Gültəkin Orucova oz nişanlısını nəqliyyatda başqası ilə əl-ələ görüb. Hadisə günü gecə saatlarında özünü otağında asıb. Onun cəsədi səhər saatlarında yaxınları tərəfindən aşkarlanıb. Ölümündən sonra onun cibindən “xəyanətə dözə bilmədim” sözləri yazılmış məktub aşkarlanıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm