Mer müavini postunu satarkən yaxalandı
Bizi izləyin

Qırmızı.az

Mer müavini postunu satarkən yaxalandı

Cinayətkar qrupun üzvü 500 min avro məbləğində girovu qəbul edərkən hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.


Axar.az xəbər verir ki, Moskvada icraedici və qanunverici orqanlarda vəzifə alverində şübhəli bilinən cinayətkar qrupun üzvləri yaxalanıb. Onlar şəhər siyasəti və tikintisi ilə bağlı Moskva merinin müavini postunu 3 milyon avroya satmağı planlaşdırırmışlar. Bu postu hazırda Marat Xusnillin tutsa da, cinayətkarlar pulu təhvil aldıqdan 1 ay sonra onun qovulacağını deyiblər.


Polis cinayətkar qrupu bu ilin aprelindən izləməyə başlayıb. İqtisadi Təhlükəsizlik və Antikorrupsiya xidmətinin əməkdaşları özlərini alıcı kimi təqdim edərək merin müavini postunu almaq istədiklərini bildiriblər. Görüş kafelərin birində baş tutub. Cinayətkar qrupun üzvü 500 min avro məbləğində girovu qəbul edərkən hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.


“Saxtakarlıq” maddəsi ilə cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm