İti xilas edərkən 3 nəfər öldü ...
Bizi izləyin

Qırmızı.az

İti xilas edərkən 3 nəfər öldü ...

Kamboconun Krate şəhərində faciəli hadisə baş verib.

Axar.az xəbər verir ki, itini xilas etmək üçün 25 yaşlı gənc quyuya enib. Oğlundan səs gəlmədiyini görən anası da oğlunun ardınca düşüb. Hadisənin şahidi olan qonşu enənlərdən səs gəlmədiyini görüb və o da quyuya enməyə məcbur olub.

Nəticədə quyuya enən üç nəfər oksigen çatışmamazlığından boğularaq ölüb.

Hadisə yerinə gələn xilasedici qrup quyudakı suyu boşaldaraq 3 nəfərin və itin cəsədini quyudan çıxarıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm