Şadlıq sarayından oğurluq edənlər tutuldu
Bizi izləyin

Qırmızı.az

Şadlıq sarayından oğurluq edənlər tutuldu

Bakıda şadlıq sarayından 6 min manat oğurlayan şəxslər saxlanılıblar.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyulun 6-na keçən gecə, Binəqədi şossesində yerləşən şadlıq saraylarının birinin inzibatçısı Bakı şəhər sakini Nurlan Məmmədovun otağından seyfi sındırmaqla 6 min manat oğurlanıb.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1992-ci il təvəllüdlü Elnur İsmayılov və Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Hikmət Atamoğlanov tutulub, onlardan oğurladıqları pulun 1500 manatı maddi subut kimi götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm