Qohumlarının mağazasını yardılar
Bizi izləyin

Qırmızı.az

Qohumlarının mağazasını yardılar

Gəncə şəhərində ərzaq mağazasından oğurluq edilib.

Gəncə Şəhər Baş Polis İdarəsinin növbətçi hissəsindən Publika.az-a verilən məlumata görə, hadisəni törətməkdə təqsirli bilinən Kəlbəcər rayon sakinləri 23 yaşlı Behbud İsgəndərov və Ceyhun Əliyev tutulublar.

Onlar bildirib ki, mağaza qohumları Musa Balacayevə məxsus olub.

Obyektin hər giriş-çıxışına bələd olduqlarından mağazaya daxil olub, 400 manat pul, danışıq kartları və tütün məmulatı oğurlanyıblar. Lakin oğurladıqlarını sata bilməyiblər. Saxlanılan kimi istintaqa təhvil veriblər.

Faktla bağlı Behbud İsgəndərov və Ceyhun Əliyev barəsində Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi bağlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm