Prospektdə təmir işləri başa çatıb
Bizi izləyin

Qırmızı.az

Prospektdə təmir işləri başa çatıb

Bakı şəhəri Xətai rayonunun Xocalı prospektində təmir işləri başa çatıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ümumi uzunluğu 1100 m-dən artıq olan prospekt əsaslı şəkildə yenidən qurulub.

Prospekt boyu kommunikasiya xətləri dəyişdirilib, qranit səki daşları düzülüb, asfalt-beton örtük, yağış barmaqlıqları, kommunikasiya quyularının dəmir-beton piltələri və baxış qapaqları yenisi ilə əvəz edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm