Mersedes ağaca çırpıldı
Bizi izləyin

Qırmızı.az

Mersedes ağaca çırpıldı

Beyləqan-Şahsevən yolunun 15-ci kilometrliyində, Beyləqan rayonu ərazisində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Publika.az xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü və sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıblar.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə vətəndaşları deformasiyaya uğramış avtomobildən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm