Betonqarışdıran maşın aşdı
Bizi izləyin

Qırmızı.az

Betonqarışdıran maşın aşdı

Ötən gün Bakı Dairəvi yolun Lökbatan qəsəbəsinə gedən istiqamətində betonqarışdıran maşının iştirakı ilə avtomobil qəzası baş verib.

ANS TV-nin məlumatına görə, qəza zamanı Rasim Quliyevin idarə etdiyi yük maşını əvvəlcə yoldan çıxaraq arakəsmələrə çırpılıb. Bundan sonra isə avtomobil aşaraq qarşı yola keçib. Hadisə anında qarşı yoldan nəqliyyat vasitələrinin gəlməməsi isə qəzanın daha geniş miqyas almasına imkan verməyib.

Hadisədən sonra təxminən 50 metrə yaxın yolayrıcı dəmir arakəsmələr qırılaraq yararsız vəziyyətə düşüb. Qəzanı törədən sürücü isə hadisənin maşında baş verən texniki nasazlıq səbəbindən yarandığını bildirdi.

Yük maşınının sürücüsü Rasim Quliyev deyir ki, qəfildən maşının əyləci tutmadı.

Qəza ilə bağlı Qaradağ Rayon Dövlət Yol Polis şöbəsinini əməkdaşları tərəfindən araşdırma başlanılıb. Hadisənin baş vermə səbəblərini isə təyin ediləcək ekspertizalar müəyyən edəcək.

Qəzadan sonra Bakı Dairəvi yolundan üzü Yasamal rayonu ərazisinə doğru hərəkət istiqamətində bir müddət avtomaşınların sıxlığı da müşahidə olunub. Ərazidə olan yol polislərinin müdaxiləsindən sonra isə avtomobillərin hərəkətini qaydaya salmaq mümkün olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm