ABŞ ordusuna qarşı üsyan: Suriya AYAĞA QALXDI, YPG Pentaqon əsgərlərini təqib edərək... - FOTO
Bizi izləyin

Qırmızı.az

ABŞ ordusuna qarşı üsyan: Suriya AYAĞA QALXDI, YPG Pentaqon əsgərlərini təqib edərək... - FOTO

YPG/PKK simpatiyaçıları Suriyadan geri çəkilən ABŞ qüvvələrini protest edib.

Publika.az xəbər verir ki, Qamışlı ilçəsindən keçən ABŞ konvoyuna pomidor və kartof atılıb.

Qeyd edək ki, ABŞ ordusu “Sülh çeşməsi” hərəkatı başlamazdan bir neçə saat əvvəl Suriyanın şimalından geri çəkilməyə başlamışdı. Suriyada Münbiç, Eyn əl-Ərəb, Eyn İsadan sonra, ABŞ ordusu ötən gücə Hasekedəki bazalarını boşaldaraq İraqa üz tutub.

YPG terrorçuları isə konvoyu avtomobillərlə təqib edərək ABŞ əsgərlərinə "siz tarixin ən böyük xəyanətini etdiniz, bizi satdınız" sözlərini deyib.

Suriyanın şimalındakı Qamışlı 2012-ci ildən bəri YPG/PKK-nın işğalındadır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm