Daha bir yol istifadəyə verildi
Bizi izləyin

Qırmızı.az

Daha bir yol istifadəyə verildi

Bakıda Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) mərhələlərlə aparılan yenidənqurma işləri tam başa çatıb. Bunu Publika.az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən deyiblər.

Məlumata görə, iyulun 2-si axşam saat 23:00-dan etibarən bağlanan Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsi ilə kəsişməsindən Tbilisi prospekti ilə kəsişməsindək olan son hissəsində aparılan yenidənqurma işləri də yekunlaşıb.

Bununla da, ümumiyyətlə, Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Tbilisi prospekti ilə kəsişməsinədək hissəsində mərhələlərlə aparılan yenidənqurma işləri bitib və yol sürücülərin və piyadaların istifadəsinə verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm