Minaya düşən çoban öldü (YENİLƏNİB-2)
Bizi izləyin

Qırmızı.az

Minaya düşən çoban öldü (YENİLƏNİB-2)

Bu səhər minaya düşən Azərbaycanın mülki vətəndaşı dünyasını dəyişib.


ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Yevlax rayonunda çobanlıqla məşğul olan Mirzə Vəli oğlu Həmzəyev yerləşdirildiyi hospitalda dünyasını dəyişib.

10:58

Minaya düşən çobanın kimliyi məlum olub.


ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, minaya düşən şəxs 1964-cü il təvəllüdlü Mirzə Vəli oğlu Həmzəyevdir. Onun Yevlax rayonundan gəldiyi bildirilir.


Hazırda yaralı hospitaldadır. Onun vəziyyəti son dərəcə ağırdır.

10:38

Bu səhər Azərbaycanın mülki vətəndaşı minaya düşüb.


ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ağdamın Təzəkənd kəndində baş verib.


Belə ki, hələlik kimliyi məlum olmayan çoban minaya düşüb. Nəticədə çoban ağır yaralanıb. Onu yaxınlıqdakı hərbi hospitala aparıblar.


Minaya düşən çoban başqa kənddən gəldiyi üçün yerli sakinlər də onun kimliyini bilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm