Bakıda istirahət mərkəzində soyğunçuluq
Bizi izləyin

Qırmızı.az

Bakıda istirahət mərkəzində soyğunçuluq

Xəzər rayonunda soyğunçuluqq cinayəti törədilib.

Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Rövşən Cavadovun Publika.az-a verdiyi xəbərə görə, Mərdəkan qəsəbəsində yerləşən “Bavarius” istirahət mərkəzində Ağstafa rayon sakini Aqil Qurbanovla tanışı Yevlax rayon sakini Saqi Elyasov orada istirahət edən şəxsə hücum ediblər.

Belə ki, onlar Bakı şəhər sakini Zaur Həsənova yaxınlaşaraq mobil telefonla danışmaq istədiklərini bildiriblər. Fürsətdən istifadə edən dostlar Z.Həsənova məxsus "Samsung" markalı mobil telefonu götürərək oradan uzaqlaşıb.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Aqil Qurbanov və Saqi Elyasov istintaqa cəlb olunublar. İfadələrində saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm