Bakıda sərnişin avtobusu minik maşınını əzdi
Bizi izləyin

Qırmızı.az

Bakıda sərnişin avtobusu minik maşınını əzdi

Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində 10 TG 002 nömrə nişanlı 202 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu ilə “Opel” markalı minik avtomobili toqquşub.

Anspress yazır ki, hadisə zamanı xəsarət alan olmasa da, “Opel” markalı avtomaşın deformasiyaya uğrayıb.

Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Yol polisinin dediyinə görə, hadisə minik avtomobilinin avtobusun yoluna çıxması nəticəsində baş verib.

“İkinci dərəcəli yoldan baş yola çıxarkən düz hərəkətdə olan nəqliyyat vasitələrini gözləməyən “Opel” yol nəqliyyat qaydalarını pozub. Avtobusda sərnişin olmayıb”, - deyə yol polisi Pərviz Allahverdiyev bildirib.

Avtoqəzanın dəqiq hansı şəraitdə baş verməsi isə təyin ediləcək ekspertizaların rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm