Qırmızı.az
Siyəzəndə narkotik plantasiyası aşkar olunub (FOTO)
Siyəzəndə narkotik plantasiyası aşkar olunub.
DİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik maddə plantasiyası aşkar ediblər.
Samur-Abşeron su kanalının rayon ərazisindən keçən hissəsində çətənə kollarının əkilib becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ümumi sahəsi 156 kvadrat metr olan ərazidə narkotik maddələrin əkilib becərildiyi müəyyən olunub. Çəkisi 106 kiloqram olan 950 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb. Narkotik maddələri əkib becərən 2 nəfər - Siyəzən rayon sakinləri, 37 yaşlı Həsənağa Bünyadov və 47 yaşlı Ələddin Ələkbərov tutulublar.
Saxlanılan şəxslər ilkin ifadələrində bildiriblər ki, çətənə kollarının bir neçə ay əvvəl əkərək xüsusi aqrotexniki qaydalara uyğun becəriblər. Onlar çətənə kollarını yaxın günlərdə yığaraq qurudub satmaq istəsələr də buna nail ola bilməyiblər. Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi