Qırmızı.az
İrandan Azərbaycana narkotik qaçaqmalçılığının qarşısı alınıb
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxslər saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Norouzı Rad Mahdı Rahım oğlu saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı onun şalvarının kəmərlə kəmərbəndinin arasında gömrük nəzarətindən gizlədilmiş, sellofan paketdə qablaşdırılmış 14 ədəd fenobarbital adlı həb aşkar edilib.
Bundan sonra şəxsi yoxlama davam etdirilmiş və İran vətəndaşının ayaqqabısının hər bir tayından, ayaqqabının tərliklərinin altından, hər tayda 3 büküm olmaqla, cəmi 6 bükümdə - 5 ədəd bükümdə ümumi xalis çəkisi 56,264 qram olan narkotik vasitə - heroin, 1 ədəd bükümdə isə xalis çəkisi 5,110 qram olan metamfetamin aşkar olunub.
Qeyd edək ki, fenobarbital adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət olunan psixatrop maddələr”in III Siyahısına, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr”in I Siyahısına daxildir.
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Saqiyev Əflan Əliövsət oğlu da saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı onun alt geyiminin altından, yapışqanlı lentlə bədəninə yapışdırılaraq gömrük nəzarətindən gizlədilmiş 1 ədəd sellofan bükümdə xalis çəkisi 6 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Hazırda hər iki fakt üzrə təhqiqat aparılır.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO