Şagirdlərin illik qiymətlərinin hesablanması qaydası dəyişdirildi
Bizi izləyin

Qırmızı.az

Şagirdlərin illik qiymətlərinin hesablanması qaydası dəyişdirildi

Azərbaycanda şagirdlərin illik qiymətlərinin hesablanması ilə əlaqədar bəzi dəyişikliklər edilib.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, təhsil nazirinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmri ilə "Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar" təsdiq edilib. Həmin qaydaların 6-cı və 7-ci bəndlərinin tətbiqi ilə əlaqədar təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə təsdiq olunmuş "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat"a illik qiymətin çıxarılması ilə bağlı müvafiq dəyişikliklərin edilməsinə ehtiyac yaranıb.

Dəyişiklərə əsasən, şagird dərs ilinin birinci yarımilliyində "dörd", ikinci yarımilliyində "iki" aldıqda onun illik qiyməti "iki" hesablanacaq. Əvvəlcə isə bu qiymət "üç" hesablanırdı.

Bununla yanaşı, şagird dərs ilinin birinci yarımilliyində "beş", ikinci yarımilliyində "iki" aldıqda onun illik qiyməti "iki" hesablanacaq. Əvvəlcə isə bu qiymət "üç" hesablanırdı.

Şagird dərs ilinin birinci yarımilliyində "beş", ikinci yarımilliyində "dörd" aldıqda onun illik qiyməti "beş" hesablanacaq. Əvvəlcə isə bu qiymət "dörd" hesablanırdı.

Əmrə əsasən, "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat"da şagirdin illik qiyməti aşağıdakı cədvələ uyğun hesablanmalıdır:


Oxumağa davam et
Reklam
Reklam

Gündəm