Vəhhabilər Qubada polisin bacısını oğurlamağa cəhd edib - Özəl
Bizi izləyin

Qırmızı.az

Vəhhabilər Qubada polisin bacısını oğurlamağa cəhd edib - Özəl

Bu ilin yanvar ayında MTN-in Qubada keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunan qanunsuz silah saxlamaqda ittiham olunan vəhhabi təriqətinin üç üzvünün məhkəməsi bu gün keçiriləcək. Onlar Quba rayonu Nüqədi kənd sakini Nizami Nəcəfov və Rustov kənd sakinləri Vəfanur və Vəfadar Məmmədovlar qardaşlarıdır. Onlar qeyri-qanuni silah saxlamaqda ittiham olunurlar.

Publika.az-ın özəl mənbədən əldə etdiyi məlumata görə, istintaq zamanı yeni təfərrüatlar ortaya çıxıb və həbs olunanlara qarşı 29.144.3 (adam oğurluğuna cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Belə ki, Nizami Nəcəfov və Məmmədov qardaşları Quba rayonu Nüqədi kənd sakini Mərziyə Osmanovanı oğurlamağa cəhd ediblər. Adı çəkilən qadının Quba rayon polis şöbəsinin əməkdaşının bacısı olduğu deyilir. Məqsəd polis əməkdaşından bacısının qarşılığında pul almaq olub.



Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm