5 uşaq anasını qonşusu küçədə öldürdü - VİDEO, FOTO
Bizi izləyin

Qırmızı.az

5 uşaq anasını qonşusu küçədə öldürdü - VİDEO, FOTO

Qatil qadını sevdiyi üçün öldürdüyünü bildirib

Bu gün Türkiyənin Konya şəhərində 5 uşaq anası övladının gözləri qarşısında öldürülüb.

Anspress-in “Milliyyet.com” saytına istinadən verdiyi məlumata görə, qadın oğlu ilə birlikdə həbsdə olan həyat yoldaşının görüşünə gedib. Qadın həbsxana qarşısında övladının gözləri önündə güllələnib.

Ağır yaralanan qadın övladının gözü qarşısında can verib. Oğlan isə “Anam ölür, atama nə deyəcəyəm? Kömək edin!” - deyərək ağlayıb.

Qadını güllələyən şəxs isə qaçıb. Qatil polislər tərəfindən uzun təqibdən sonra yaxalanıb. Araşdırmalar zamanı məlum olub ki, 5 uşaq anası Yadigar Taşdelen onlarla eyni küçədə yaşayan Hüseyin Tarman tərəfidən vurulub.

Hüseyin Tarman polisə bildirib ki, Yadigar Taşdeleni sevdiyi üçün öldürüb. Bir müddət əvvəl əri tutulan qadın qonşusu Hüseyin Tarman tərəfindən qaçırılıb. Onunla sevgili olmağı təklif edən qonşu, istədiyinə nail olmadığı zaman qadınla məcburi yaşamaq istəyib. Lakin qadın onun əlindən qaçıb və polisə şikayət edib. Bundan intiqam almaq istəyən Hüseyin Tarman qadını ərinin cəza çəkdiyi həbsxananın qarşısında öldürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm