Səlim Müslümovun Qubadakı qəbulunun vaxtı dəyişdirilib
Bizi izləyin

Qırmızı.az

Səlim Müslümovun Qubadakı qəbulunun vaxtı dəyişdirilib

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Quba rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, iyulun 25-dən iyulun 21-nə keçirilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, S.Müslümov həmin gün saat 10:00-da Nazirliyin Quba rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar [email protected] elektron poçt ünvanı, habelə (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (023)335-39-79 (Quba rayon ƏSMM), (023) 385-25-43 (Qusar rayon ƏSMM), (023) 325-34-11 (Xaçmaz rayon ƏSMM), (023) 353-27-92 (Şabran rayon ƏSMM) və (023) 304-06-34 (Siyəzən rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Quba rayonuna aparılıb gətirilmələri təmin ediləcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm