Böyrək çatışmazlığından ölüm halları dəfələrlə azalıb
Bizi izləyin

Qırmızı.az

Böyrək çatışmazlığından ölüm halları dəfələrlə azalıb

Azərbaycanda xroniki böyrək çatışmazlığından ölüm halları dəfələrlə azalıb.

Publika.az Səhiyyə Nazirliyinin rəsmi mətbu orqanı olan "Tibb" qəzetinə istinadən bildirir ki, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev kollegiya iclasında cıxışı zamanı deyib.

Onun sözlərinə görə, vaxtilə belə xəstələr ölümə düçar idilər, indi isə Bakı şəhərində və regionlarda yaradılmış 30-dan artıq xüsusi dializ mərkəzində dövlət hesabına müalicə olunurlar. Artıq ölkəmizdə böyrək transplantasiyası əməliyyatlarının aparılması qeyri-adi hadisə kimi qarşılanmır: "Bir neçə klinikada böyrək, qaraciyər köçürmələri həyata keçirilir. Demək olar ki, xroniki böyrək çatışmazlığından ölüm halları dəfələrlə azalıb".

Nazir qeyd edib ki, bu gün ölkəmizdə yüksək səviyyədə endoskopik cərrahi əməliyyatlar aparılır: "Milli Onkologiya Mərkəzinə xarici ölkələrdən, beynəlxalq qurumlardan gələn nümayəndələr bu səhiyyə müəssisəsi ilə tanış olduqdan, buradakı unikal aparatları gördükdən sonra təkif edirlər ki, qarşılıqlı müqavilələr imzalansın, birgə iş, elmi axtarışlar aparılsın. Əlbəttə ki, bütün bunlar bizi çox fərəhləndirir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm