Ata oğlunun imdadına çata bilmədi
Bizi izləyin

Qırmızı.az

Ata oğlunun imdadına çata bilmədi

Ötən gün Şəkidə faciəvi hadisə baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 19 yaşlı gənc çayda boğulub. hadisə Əyriçayın rayonun Şorsu kənd inzibati ərazisindən axan hissəsində baş verib.


Belə ki, 1995-ci il təvəllüdlü Nicat Şahin oğlu Əkbərli çayda çimərkən boğulub. Onun yanında olan qardaşı bunu görən zaman Nicat Əkbərli mobil telefon vasitəsilə yaxınlıqdakı bostan sahəsində işləyən atası Şahin Əkbərlini köməyə çağırıb.


Ata əraziyə çatana qədər artıq övladı suda boğulub. Nicat Əkbərlinin cəsədi sudan atasının və yaxınlıqdakı bir neçə şəxsin köməkliyi ilə çıxarılıb.


Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm