"Nida"çı əfv üçün prezidentə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

"Nida"çı əfv üçün prezidentə müraciət etdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyindəki Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Şahin Novruzlunun cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib.


Publika.az müraciəti olduğu kimi təqdim edir:


“Möhtərəm cənab Prezident, mən Novruzlu Şahin İbrahim oğlu 1995-ci il 16 sentyabr tarixində anadan olmuşam. Orta məktəbi əla qiymətlərlə bitirmiş və Odlar Yurdu universitetinin maliyyə-kredit fakultəsində davam etmişəm. Ötən bir il ərzində keşdiyim qısa gənc həyatıma nəzər salmağa imkanlarım çox olmuşdur. Düşünürəm ki, məhkum olmağım həyatımda ən böyük səhvdir. Mən bu səhvi düzəltmək üçün yenidən bir şans verməyi sizdən xahiş edir, daim göstərdiyiniz insanpərvərlik və humanizm prinsiplərinə söykənərək məni əfv etmənizi rica edirəm.


Qeyd etmək istəyirəm ki, indiyə qədər heç bir siyasi təşkilatın üzvü olmamışam və bundan sonra heç bir siyasi təşkilatın üzvü olmayacağam.


Möhtərəm cənab Prezident, şəxsim adına söz verirəm ki, həyatımı dövlətimizin layiqli vətəndaşı kimi yaşayacağam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm