Bakıda təyyarə qəzası, xəsarət alanlar var VİDEO (YENİLƏNİB-2)
Bizi izləyin

Qırmızı.az

Bakıda təyyarə qəzası, xəsarət alanlar var VİDEO (YENİLƏNİB-2)

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakıda iki nəfərlik kiçik təyyarə qəzaya uğrayıb.

Hadisə Zabrat və Maştağa qəsəbələri arasındakı ərazidə baş verib. Belə ki, kursantların təlim-məşqi zamanı birmotorlu "Cessna" markalı ikinəfərlik təyyarə qəzaya uğrayıb.

Təlim təyyarəsində bir təlimatçı pilot və bir təcrübəçi pilot olub. Heyət təlimata uyğun olaraq boş torpaq sahəsi seçib və təyyarəni endirib.

Day.az hadisənin videogörüntüsünü təqdim edir:

12: 30

Bakıda iki nəfərlik kiçik təyyarə qəzaya uğrayıb.


Sabunçu rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki, bu gün səhər saatlarında təyyarə Maştağa qəsəbəsi ərazisinə düşüb.


Hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, hadisə Zabrat və Maştağa qəsəbələri arasındakı ərazidə baş verib. Belə ki, kursantların təlim-məşqi zamanı birmotorlu "Cessna" markalı ikinəfərlik təyyarə qəzaya uğrayıb.

Mənbədən daha sonra Trend-ə bildiriblər ki, təyyarə Maştağa Olimpiya Kompleksinin yanındakı əraziyə düşüb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm