Qırmızı.az
Tortun içindən həb çıxdı
Bakıda 7 saylı cəzaçəkmə müəssisəsinə dərman həbləri keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr
şöbəsindən Publika.az-a verilən məlumata görə, Penitensiar xidmət
əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri
nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rauf
Arif oğlu Nadirovun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Tofiq
Arif oğlu Nadirovun gətirdiyi sovqata və üzərinə baxış
keçirilib.
Baxış zamanı tort şirniyyatının içərisində gizlədilmiş, ağ
sellofana bükülmüş 25 (iyirmi beş) ədəd ağ rəngli və 24 (iyirmi
dörd) ədəd narıncı rəngli dərman həbləri aşkar edilərək
götürülüb.
Qeyd edək ki, Rauf Nadirov Cinayət Məcəlləsinin 228.1 maddəsinə əsasən azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO