Donetskdə girov götürülən azərbaycanlı ailə azad edildi
Bizi izləyin

Qırmızı.az

Donetskdə girov götürülən azərbaycanlı ailə azad edildi

Ukraynanın Donetsk vilayətində girov götürülən azərbaycanlı ailə azad edilib. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.

E.Zahidov qeyd edib ki, 18 yaşlı Elvin Rasim oğlu Qasımov Azərbaycanın Ukraynadakı səfirliyi, DİN-in səfirlikdəki rəsmi nümayəndəsi polkovnik Şahin Qocayev və yerli hüquq-mühafizə orqanlarının birgə tədbirləri nəticəsində 2 saat əvvəl azad olunub: “O, artıq sağ-salamat ailəsinə təhvil verilib”.

Qeyd edək ki, bu gün Ukraynanın Donetsk vilayətində hökumət əleyhinə olan silahlıların bir azərbaycanlı ailəsini 4 üzvünü girov götürməsi barədə məlumat yayılmışdı. Publika.az-ın verdiyi xəbərə görə, ailənin 3 üzvü qohumların və Ukrayna hüquq-mühafizə orqanlarının köməyi ilə azad edilsə də, 18 yaşlı Elvin Rasim oğlu Qasımov girov saxlanılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm