Nişanlanmağa hazırlaşan Masallı sakini dənizdə boğuldu
Bizi izləyin

Qırmızı.az

Nişanlanmağa hazırlaşan Masallı sakini dənizdə boğuldu

Bu gecə Dənizkənarı milli parkda 20 yaşlı oğlan bədbəxt hadisənin qurbanı olub.


Əsgər yoldaşları ilə bulvar ərazisinə gəzintiyə gələn 20 yaşlı Masallı rayon sakini Cahangirov Xəyal Namiq oğlu dostları ilə əyləndikdən sonra təbii ehtiyacını ödəmək qərarına gəlib. Bu məqsədlə dəmir arakəsmələrdən dəniz qırağına keçən gənc daha sonra müvazinətini itirərək dənizə düşüb.

Dostları Xəyal Cahangirova köməklik etmək istəsələr də, onu sudan çıxara bilməyiblər. Daha sonraəraziyə Səbail rayon polis idarəsinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin dövlət sularında xilasetmə xidmətinin katerləri və canlı qüvvəsi cəlb olunub.


Hadisədən xəbər tutan mərhumun valideynləri də dənizkənarı milli parka gəliblər. Qarşılaşıqları mənzərə isə onların şok keçirməsinə səbəb olub.


İlkin axtarış təbdirləri bir nəticə verməyincə, mərhumun meyitinin axtarışları havanın işıqlanmasından sonra aparılmasına qərər verildi. Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Xəyal Cahangirovun bu yaxınlarda nişan mərasimi olmalı imiş.(ans tv).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm