Göyçayda çöl pişiyi tutulub
Bizi izləyin

Qırmızı.az

Göyçayda çöl pişiyi tutulub

Göyçayda sakinlərin ev heyvanlarına qənim kəsilən çöl pişiyi tutulub.Trend EL TV-yə istinadən xəbər verir ki, 45 yaşlı Göyçay rayon sakini, qəssab Rövşən Hüseynovun Potu kəndi ərazsində otardığı quzular, eləcə də qonşuların ev quşları son 3-4 ay ərzində naməlum heyvan tərəfindən parçalanıb.

Bununla əlaqədar Rövşən Hüseynov ərazinin 10-15 yerində tələ qurub. Tələyə vəhşi çöl pişiyi düşüb.İri caynaq və iti dişləri olan vəhşi heyvan pələngkimilər nəslinə mənsub olduğundan 5-6 metr yüksəkliyə qalxa və cəld qaça bilir. Hazırda dəmir qəfəsə salınan heyvanın zooparka veriləcəyi bildirilir.

Qeyd edək ki, sakinlər həmin ərazidə belə heyvanlara tez-tez rast gəlindiyini deyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm