Azərbaycanda alim dünyasını dəyişdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda alim dünyasını dəyişdi

Azərbaycan elminə ağır itki üz verib. Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri ölüb.

“İqtisadi nəzəriyyə” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Məmmədhəsən Xanlar oğlu Meybullayev uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Məmmədhəsən Meybullayev universitetin tanınmış alımlərindən idi. Onun rəhbərliyilə onlarla aspirant və doktorant yetişdirilmişdi. Məmmədhəsən Meybullayev uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

Allah rəhmət eləsin.

ANSpress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm